19 Sentyabr 2020 18:00
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Zaur Nəbioğlu ARB-də fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, Zaur Nəbioğlu ARB-də "Heç vaxt, heç yerdə" adlı verilişin aparıcısı olacaq.

O sonuncu dəfə Xəzər televiziyasında yayımlanan "Olduğu kimi" verilişinin aparıcı olub.

Qeyd edək ki, Zaur Nəbioğlu "Rəngarəng", "A-dan Z-yə" verilişlərinə də aparıcılıq edib.


Müəllif: Rəqsanə Həsənova