Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə şərhi ilə gündəm olub.
Teleqraf. com xəbər verir ki, Brilliant Dadaşova "Show news" səhifəsində "Haberglobal TV"nin Azərbaycan-Ermənistan gərginliyi haqqında təqdim etdiyi süjetə yazdığı şərhinə görə tənqid edilib.
Xalq artisti süjet haqda bu şərhi yazıb: "Onsuz da bir-birini yeyən cəmiyyətə çevrilirik. İndi burada qoşub düzülmüş dedi-qodu yazsaydınız təhqir etmək üçün şərhlər ard-arda düzülərdi. Allah özü yaxşıları qorusun. İnşallah ölkəmiz bu sınaqdan çıxar".
Xalq artisti bu şərhinə görə sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirələrə və tənqidlərə məruz qalıb.
Bundan əsəbləşən Xalq artisti oğlu Cahad Hacıyev haqqında yazılan şərhlərə də sərt reaksiya verib: "Oğlum "Fairmont" oteldə olmadığı halda onu guya orada qələmə verənlərdənsən. Yazıq... Allah sənin kimiləri xoşbəxt etsin, pislik etməyə vaxtın və həvəsin olmasın.
Mən sizə yox, musiqi mədəniyyətimizə qulluq edirəm. Tək mən yox, əmim Məlik Dadaşov, atamın xalası Hökümə Nəcəfova, babamın əmisi oğlu Hüseyn Ərəblinski və bütöv ziyalı ailəmiz hərə öz sahəsində Azərbaycanımıza xidmət etmişik. Oğlumun daşı bir sənin başına düşməmişdi. Guya Azərbaycan xalqını sevirsən.
Elə isə oğlum sənin millətindən deyil? Sən kimsən ki, mənim yazımı müzakirə edirsən?! Özün şəxsiyyət ol, öz fikrini yaz. Sənin xalqın kimdir, bilmirəm, amma mənim öz xalqım elə mədəni, gözəl, yaxşı niyyətli, ürəyində rəhm olan Azərbaycan xalqıdır".