15 Oktyabr 2014 17:13
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur ingilis müğənni və stilist Victoriya Bekham, Ancelina Coli və Leonardo Di Kaprionun yolu ilə gedərək Birləşmiş Millətlər Təşkilatının xoş məramlı səfiri olub.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, ilk səfərini BMT-nin AİDS-lə mübarizə kampaniyası çərçivəsində UNAIDS-ə dəstək vermək üçün Cənubi Afrikanın Soveto şəhərini edib.

O, səfər zamanı çəkdirdiyi fotoları tez-tez “Twitter” hesabından paylaşır.

“EJAF”ın körpələrin ana bətnində HİV virusundan təmizlənməsini təmin etdiyini bildirib. Bekham “EJAF-ın son üç ildə 60 min ananın HİV virusu daşımayan körpələr dünyaya gətirməsini təmin etdiyini” söyləyib.

İngilis futbolçu Devid Bekham ilə evli olan Victoriya, keçən ay Nyu Yorkdakı Birləşmiş Millətlər Təşkilatının binasında çıxışında "BMT-nin xoş məramlı səfiri olmaqdan böyük qürur duyduğunu" deyib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər