Türkiyənin məşhur aktrisası Nebahat Çehre Azərbaycana dəstəyini davam etdirir.
Teleqraf.com xəbər verir ki, Nebahat Çehrenin Azərbaycana müraciəti “Nargis Magazine” jurnalının İnstaqram hesabında paylaşılıb.
“Eyni canda iki ruhuq biz, heç vaxt ayrılmayan və parçalanmayan! Biz qan qardaşıyıq. Birinin canı yanarsa, digəri hiss edər…Həmişə yanınızdayıq”, - vurğulayıb.
Qeyd edək ki, Nebahat Çehre bir neçə gün öncə şəxsi İnstaqram səhifəsində də Azərbaycana dəstəyini nümayiş etdirmişdi.