Xalq artisti Aygün Kazımova Zəngilan rayonun işğaldan azad olunmasına reaksiya göstərib.
Teleqraf.com xəbər verir ki, Aygün Kazımova İnstaqramda sevincini belə dilə gətirib:
"Qarabağımızın hər kəndi, hər şəhəri gözəldir. Amma Zəngilan və Qubadlının adı gələndə başqa hisslər keçirirəm. Vətən sevgisi, həyəcan, itkilərimiz... Yaşadıqlarımız bir-bir gözümün önündən keçir.
Zəngilanımızın qayıdışı mübarək olsun! Tezliklə Ali Baş Komandamızın dilindən Qubadlının, Şuşanın, Laçının, Xocalının, Xankəndinin işğaldan azad olması xəbərini eşidək!"