9 Dekabr 2020 12:58
2 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ATV kanalında yayımlanan “Kuruluş Osman” serialının bu gün efirə gedəcək bölümündə Qarabağdan bəhs edilib.

Teleqraf.com xəbər verir ki, serialda Gəncəbəy obrazını canlandıran məhşur kikboksçu, "Mauqli" ləqəbli Zabit Səmədov "Kuruluş Osman"ın anonsunu paylaşaraq "Salam olsun, Qarabağ igidlərinə...", - deyə qeyd edib.

Xatırladaq ki, ekran əsərində baş rolda məşhur aktyor Burak Özçivit oynayır.



Müəllif: Rəqsanə Həsənova