24 Dekabr 2020 10:09
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova “Vətən oğlu” adlı klipini izləyicilərin ixtiyarına verib.

Teleqraf.com xəbər verir ki, sözləri Nəriman Abbaszadə, musiqisi Fərid Kərimliyə məxsus mahnını müğənni Prezident İlham Əliyevin ad gününə həsr edib.

Klipi Türkiyənin məşhur rejissoru Selim Akar lentə alıb. Aygün Kazımovanın obrazları üzərində dünyaca məşhur modelyer, həmyerlimiz Rüfət İsmayıl çalışıb.

Ekran işində Aygün Kazımova “Afffair” və Çiğdem Akının kolleksiyasından olan geyimlərdən istifadə edib.

“Vətən oğlu” klipi xalq artistinin rəsmi Youtube kanalında yerləşdirilib.

https://youtu.be/XDRKfd0k1v4


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər