26 Dekabr 2020 17:06
2 364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov bacısı Bənövşəni müdafiə edib.

Teleqraf.com xəbər verir ki, Corc Qafarov İnstaqram hesabında canlı yayım açaraq bu sözləri qeyd edib:

"Son vaxtlar bütün saytlar və sosial şəbəkələrdə bacım haqqında artıq-əskik, fakt olmadan xəbərlər yazırlar. Qardaşım Jerarı, məni, Roza xanımı və qızı Bənövşəni də tanıyırsınız. Bənövşə haqqında danışılanlar nağıldır. Biz bilirik ki, bunları kimlər və hansı düşmənlər edir. Və hansı səbəbə görə edirlər. Ola bilər ki, bizim ailənin mehribançılığı, qayğısı çoxlarını narahat edir. İnandırım ki, bu getdikcə güclənəcək. Ailədə bacını qardaşa, ananı qardaşa vurmaq çox asandır. Ümumiyyətlə, pislik etmək çox asandır. Mən insanlardan xahiş edirəm ki, yaxşılıqla məşğul olun. Əlinizi vicdanınızın üzərinə qoyun, düşünün ki, necə hərəkət edirsiniz. Siz Bənövşə haqqında artıq-əskik sözlər danışırsınız, düz etmirsiniz. Əlinizdən nə gələcək? Bununla mənə, Bənövşəyə, Roza xanıma nə edəcəksiniz? Biz bilirik ki, onun ögey övladlarıyıq. Amma biz bir ailəyik və bir-birimizə möhkəm olmuşuq. Hər şey də qaydasındadır. Siz bunu etməklə bizim ailəni dağıdacağınızı fikirləşirsinizsə, bu mümkün olmayacaq. Bənövşənin hazırda ciddi münasibətdə olduğu sevdiyi bir oğlan var. Bu normaldır və hamının da həyatda sevdiyi bir şəxs var. Və onunla ailə qurmaq istəyəcək, bir uzun ömür yaşayacaq. Bunu planlı şəkildə edir. Roza xanım mənim anam sayılır, Bənövşə isə bacım.
Roza xanıma, Bənövşəyə artıq-əskik hərəkət, söz-söhbət olmasın. Olsa mən yenə də deyirəm qarşılarında bizi görəcəklər. Qardaşım Jerar balacadır, o ümumiyyətlə dəlisov uşaqdır. Yəni artıq problem dava-dalaşa ehtiyac yoxdur.

Bənövşə çox əziyyət çəkən qızdır. İndi də işləyir. Qız uşağı haqqında danışmaq düzgün deyil. Bu gün sabah ailə quracaq, övladları, həyat yoldaşı olacaq.
Siz düşünmürsünüz ki, sabah qarşı-qarşıya gəlim, ola bilər ki, özümü idarə edə bilməyim, sözlə deyil, əl ilə hərəkət edim".

Qeyd edək ki, Roza Zərgərlinin qızı Bənövşənin adı Bakıda bir ay əvvəl intihar edən iş adamı Ramin Əliyevlə adı hallanmışdı.


Müəllif: Rəqsanə Həsənova