26 Dekabr 2020 20:00
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə-aktrisa Oksana Rəsulova da müğənni Roza Zərgərlini müdafiə edən məşhurlar sırasına qoşulub.

Teleqraf.com xəbər verir ki, Oksana Rəsulova İnstaqramda hekayə bölümündə bu sözləri qeyd edib:

"Hər bir insanın həyatında o qədər hadisələr baş verə bilər ki, heç özü də bilmədən, həm həyatının mənasını, həm də özünü itirər. İnsanlar böhtan atır, onun haqqında nahaq sözlər danışılır, araşdırmadan qınanılır. O insanı heç düşünməyin, özünüzü düşünün. Və bilin ki, həyat "bumeranq"dır. Hər bir ağızdan çıxan söz sizə əks təsir edə bilər. Ona görə də hər bir kəlməni deyib və yaxud yazandan əvvəl düşünün. Həqiqəti tam bilmirsinizsə, susmağa üstünlük verin. Ən azından özünüzü və yaxınlarınızı düşünün. Hər an dəyişilik ola bilər, siz kiminsə vəziyyətinə düşə bilərsiniz. Son iki gündə Roza Zərgərlinin ailəsi haqqında bəzi yalan və xoşagəlməz xəbərləri oxuyub, təkrar o insanlara bunu xatırlatmaq istəyirəm ki, günahdır. Ayıbdır, etməyin!".

Qeyd edək ki, Roza Zərgərlinin qızı Bənövşənin adı Bakıda bir ay əvvəl intihar edən iş adamı Ramin Əliyevlə adı hallanmışdı.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər