Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Məleykə Əsədova İnstaqram hesabında yeni fotolarını paylaşaraq bu sözləri yazıb:
"Yeni ilin ilk istirahət günüdür, gözəl düşüncələrlə yaşayaq ki, həyatımıza gözəlliklər gəlsin. Neqativ fikirləri özümüzdən uzaqlaşdıraq. Hamımızın həyatında problemlər, kədər və sevinc də var. Gəlin, özümüzə sevinci yaxınlaşdıraq. Həyat doğrudan da gözəldir. Allahdan istə və daha çox öz həyatınla məşğul ol. Özgənin həyatına müdaxilə etmə, Allahın bəxş etdiyi hər günə şükür et. Hər bir insanın taleyini Allah yazır. Ruzini, şansı, ömrü yazan, öldürən, dirildən, daş üzərində çiçək yetişdirən də Allahdır. Qısqanclıq, paxıllıq, dedi-qodu, qarğışı özünüzdən uzaqlaşdırın".