5 Yanvar 2021 14:51
2 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə əməkdar incəsnət xadimi Nailə Mirməmmədlinin ölümündən çox kədərləndiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə İnstaqram hesabında bu sözləri yazıb:

"Ey zalım dünya, sənə nifrət edirəm. Bəlkə heç düşmənimə bu qədər nifrət etmirəm. Əlimizdən kimləri almadın?! Nə qədər qəddar olduğunu hər dəqiqə, hər saniyə sübut edirsən. Daha öldür bizi, axırımıza çıx. Bir-bir yox, bizi kütləvi apar. İl başlayandan ancaq itkilər...Əvvək virus qurbanları, sonra şəhidlər.

Son günlərdə ən üzücü xəbərə, Nailə xanımın ölümünə heç inanmadım. İnanın ki, axır vaxtlar ürəyimdən ölmək keçir. Hər səhər yuxudan ayılanda deyirəm ki, Allah, al canımı, bu əzablar bitsin. Onsuz da ölü kimi bir şeyik...Belə həyat olar? Allah sənə rəhmət eləsin, bacım".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər