20 Yanvar 2021 23:53
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Məleykə Əsədova 20 Yanvar faciəsinə klip həsr edib.

Teleqraf.com xəbər verir ki, Məleykə Əsədova "Şəhid laylası" şeirini İnstaqram hesabında paylaşaraq bu sözləri qeyd edib:

"1990-cı il, 20 Yanvar. O gün bu günki kimi yadımdadır. Qanlı 20 Yanvar gecəsi. O gün xəstəxanada yatırdım, gecə silah səsinə oyandım. Qışqırıq, ağlamaq səsləri indi də qulağımdadır. Xəstəxanaya çoxlu yaralılar gətirirdilər. Dünyasını dəyişənlərin doğmalarının göz yaşları, bizim göz yaşlarımızı heç vaxt unutmarıq. Bəli, rus ordusu Azərbaycanımızda dinc əhalini, günahsız insanları gecə-gecə güllələyirdilər, gözəl Bakımızı dağıdırdılar. O gecə yaddaşlara həkk olundu. Allah 20 Yanvar faciəsində, Birinci və ikinci Qarabağ müharibəsində dünyasını dəyişən şəhidlərimizə rəhmət etsin. Şəhidlərimizin ruhuna ithaf edilmiş "Şəhid laylası" şeirininin sözləri Ramiz Duyğuna, musiqisi isə Ruslan Səfəroğluna aiddir".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər