Müğənni Nadir Qafarzadə xalq artisti Nazpəri Dostəliyeva ilə əməkdar artist Elza Seyidcahanı barışdırmaq fikrinə düşüb.
Teleqraf.com-un məlumatına görə, Nazpəri Dostəliyeva müğənninin barışıq addımına "ATV maqazin onlarla" verilişində cavab verib:
"Məndə küsülü qalmaq, barışmamaq kimi fikir yoxdur. Hətta böyük bir sənətkar var idi, hər zaman arxamca danışırdı. Allah rəhmət eləsin, mən onunla da küsülü qalmamışdım. Mən heç kimlə küsülü qalmıram. İnciyirəmsə, sadəcə kənara çəkilirəm, Allahın salamını verirəm. Amma artıq o adamın səmimiyyətinə inanmıram. Sadəcə mənə layiq olmayan, ürək bulandıran yalanlar danışdılar. Hətta o da gəlib barışsa, səmimiyyətə inanmaram".
Elza Seyidacahan isə xalq artisti ilə münasibəti haqda "Hər şey yaxşıdır. Mən sülhsevər insanam. Heç zaman insanlar arasında nifaq, söz-söhbət salmamışam. Hər şeyi zamanın hökmünə həvalə etmək lazımdır. Mənim kin-küdurətim və pis niyyətim yoxdur" - deyə, qeyd edib.
Qeyd edək ki, məşhur ikili arasında “Azərbacanın səsi” yarışmasının münsif kürsüsündə əyləşən zaman qalmaqal yaşanmışdı.