2 Fevral 2021 00:12
1 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova ad çəkmədən aparıcı-aktyor Sərxan Kərəmoğluna cavab verib.

Teleqraf.com xəbər verir ki, Məlahət Abbasova İnstaqram hesabında bu sözləri qeyd edib:

“Bəzi gərəksiz, öz yalanlarına özlərinə inanan, boş insanlar anadangəlmə qüsurlu doğulduqları üçün yalan və boş danışmaq onlar üçün adi bir haldır. Unutmayın boş vedrədən çox səs çıxar. Mən öncə söylənən sözə söyləyənə baxaram”.

Qeyd edək ki, aparıcı-aktyor Sərxan Kərəmoğlu Məlahət Abbasova haqqında bu sözləri demişdi: "Əxlaq, insanlıq dərsi? Bunları Məlahət deyir? Mən 2009-cu ildə İstanbula köçdüm, sən Məlahət evimə gələ-gələ ailəmi dağıtdın. Sənsən insanlıq dərsi keçən? "TRT Avaz"da mənə iş təklifi gəlmişdi. Gedib orada müdirə əxlaqsız sözlər dedin. Sənsən əxlaq dərsi keçən?

Toy mərasiminə bir gün qalmış dəvətnaməsi paylanan bəyi, nişanlını Bakıda qoyub, İstanbula qastrola gedib, orada qaldın və türkə ərə getdin. Ailən isə pərişan oldu. Mənə gələn serial təklifini özünə çevirdin və çörəyimə ikinci dəfə bais oldun. Bu nə zəmanədir? Kimdə nə yoxdursa, onunla öyünür. Məlahət Abbasova, ümumiyyətlə, sənin Azərbaycan mədəniyyəti və incəsənəti haqqında danışmağa haqqın yoxdur. Röya Ayxan səhv edib, özü bilər, xalq bilər. Buna qarışa bilmərəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər