15 Fevral 2021 17:47
1 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Ayan Babakişiyeva "ATV maqazin onlarla" verilişində açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, ifaçı özünə pullu həyat yoldaşı axtaran xanımları dəstəkləyib: "Sən özün üçün arzulaya bilərsənmi ki, ay Allah, mənə bədbəxt həyat nəsib elə, işsiz qalım? Bunu heç birimiz arzulamırıq. Sadə bir qız üçün elçi gələndə valideynləri soruşur ki, evi, avtomobili, işi varmı?! Sən ailəni hansı büdcə ilə saxlayacaqsan?

Mənə deyirlər ki, sən nə həyat yaşamısan?! Ay balam, axı sən bilmirsən mən necə həyat yaşamışam, hansı ailədə böyümüşəm, hansı çətinliyi çəkmişəm?!"

Nüğənni "Ərə getmək fikriniz varmı?" sualına: "Bəli, ərə getməyi düşünürəm. Yavaş-yavaş hər şey öz yoluna düşür. İnşallah olar" - deyə, cavab verib.

Qeyd edək ki, Ayan Babakişiyevanın Selena adlı qızı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər