Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova reanimasiyada olan gitara ifaçısının səhhətindən danışıb.
Güllü Hüseynova Teleqraf.com-a açıqlamasında xalq artistinin reanimasiyadan palataya köçürüləcəyini deyib: "Rəmişin səhhətində az da olsa irəliləyiş var. Hələ ki reanimasiyaydadır, bir-iki günə palataya köçürüləcək".
Qeyd edək ki, Rafiq Hüseynov Bakı Sağlamalıq Mərkəzində müalicə alır.