Xalq artisti Aygün Kazımova Azad Azərbaycan televiziyasında qonaq olub.
Teleqraf.com xəbər verir ki, Aygün Kazımova qızı İlqarə Kazımovadan danışıb: "İlqarə balaca olanda ona anam baxırdı, 18 yaşım var idi. Anama deyirdim ki, yavaş et, qırılar. Anam isə cavab verirdi ki, ay bala, dörd uşaq böyütmüşəm. Məndən olsa ailə qurmazdım, qaçırdılar".
Xalq artisti Faiq Ağayevin konsertdən pul qazanması haqqında fikirlərinə də münasibət bildirib: "Dostum Faiq Ağayev deyir, yeganə müğənniyəm ki, konsertdən pul qazanıram. Faiq, qurban olum, əlbəttə, sən pul qazanarsan. Gəl konsertlərimizin məbləğinə baxaq, mənimki nə qədərdir, səninki nə qədər? Mənim balet qrupuna verdiyim məbləğ bəlkə də kiminsə konsertinin ümumi qiymətidir. Konsertlərimin tamaşaçılarıma layiq keyfiyyətli keçməsinə önəm verirəm".
Xalq aristi narahatlıqlarını da dilə gətirib: "1989-cu ildə Mədəniyyət Nazirliyindən şikayət etdim, indi də şikayətlənirəm. Mənim narahatçılığım ancaq sənət üçündür. Mən istəyirəm ki, inkişaf etsinlər. Nazirliyə müasir rəqslə bağlı müraciət etmişdim. Gözəl istedadlı rəqqaslarımız var. Mən öz cibimin düşməni deyiləm ki... Özümü tanıyandan cibimdən ödəmişəm".