13 Mart 2021 18:59
1 870
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avroviziya-2010” təmsilçimiz Safura Əliyeva Yutub kanalında sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, Safura Əliyeva ilə qısa müsahibəni təqdim edir:

- Sənətdən ailənizin, yoxsa öz istəyinizlə uzaqlaşmısınız?

- Səhnədən öz istəyimlə uzaqlaşmışam, çünki yeni ailə qurmuşdum. Həyatımın yeni mərhələsi idi.

- Səhnə üçün darıxırsınız?

- Səhnə üçün darıxmıram, - desəm yalan olar. Hələ də darıxıram, bu normal vəziyyətdir.

- Həyat yoldaşınızla necə tanış olmusunuz?

- Həyat yoldaşımla Bodrumda tanış olmuşuq. Konsertlə bağlı oraya getmişdim.

- Yenidən ana olmaq istəyərsiniz?

- Hələ ki yox.

- Həyat yoldaşınız mahnı oxumağınıza mane olur?

- Xeyr, həyat yoldaşım bu məsələdə qadağa qoymayıb. Çünki uşaq, ev və s. vaxtım yox idi.

- Həyat yoldaşınızla yaş fərqi sizi narahat edirmi?

- Xeyr, narahat etmir. Bir-birimizi çox yaxşı başa düşürük. Aramızda 13 yaş fərq var.

- Qəmgin anlarınız olub?

- Həyatda çox pozitiv insanam. Qəmgin olmağı sevmirəm, amma kədərli vaxtlarım da olur. Hamımız insanıq və hər birimizin həyatında qəmgin anlar olur.

- Atanızı çox sevirsiniz?

- Bəli, atamı çox sevirəm. Atam mənim hər şeyimdir. Həyatımda ən yaxın dostum atam olub.

- Özünüzü xoşbəxt hiss edirsiniz?

- Bəli, özümü xoşbəxt hiss edirəm. Bu insanın özündən asılıdır. Sənin hər şeyin ola bilər, amma özünü xoşbəxt hiss etməyə bilərsən.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər