Müğənni Aqşin Fateh Türkiyədə "On10 TV" yutub layihəsinı müsahibə verərəkən "Azərbaycanın Tarkanı" kimi təqdim edilməsinə ironik münasibət göstərənlərə cavab verib.
Teleqraf.com xəbər verir ki, Aqşin Fateh İnstaqramda video paylaşaraq ona sataşan müğənnilər haqqında sərt sözlər deyib: “Üzdəniraq və əxlaqsız qırıntıları məsələdən xəbərləri olmadan təhqir yazırlar. Mənim sənətim olsa da heç vaxt özümü cinsi azlıq ilə müqayisə etmərəm. Ağlınız özünüzə getməsin. Çünki mən Azərbaycan kişisiyəm. Tarkan yox, dünyanın meqastarı olsun, kişiliyi yoxdursa, o, mənim dırnağımın çirki belə ola bilməz. Üzdəniraq aparıcılar, müğənnilər xəbər saytlarının rəy bölməsinə lağlağı sözlər yazırlar. Gedin özünüzə yiyəlik edin. Kimin nə olduğunu millət gözəl bilir. Elə zaman gələr ki, haqqınızda olan məlumatları sosial şəbəkədə yayaram. Sataşmayın, dəyməyin dolaşmayın. Sizin “daydayı”nız vəzifəli adamlar ola bilər, amma yetimin də Allahı var”.