4 Aprel 2021 15:11
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan həmkatı Flora Kərimova ilə münasibətindən danışıb.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan "ATV maqazin onlarla" verilişində Flora Kərimova ilə barışdığını etiraf edib:

"Həmişə onu və qızını çox istəmişəm və gözüm üstə yeri olub. Mənim bir açıqlamamdan inciyib. Əslində, pis qəlblə demədim. Müraciət elədim, çünki qızının toy mərasimində sevərək iştirak etmişdim. Zümrüddən xahiş etdim ki, bəlkə Flora xanımla o, danışsa problem düzələcək. Heç anlamdım ki, problem haradan gəldi. Məsələ düzəldi və çox sevindim. Onun da ömrü uzun olsun, bizə lazımdır".

Qeyd edək ki, Flora Kərimova Röya Ayxan haqqında "Qızıma demişdi ki, anana yiyədur. Röya Ayxana o sözü bağışlamadım, intiqamımı aldım" - demişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər