Aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, türkiyəli müğənni Doğuş Xəzər TV-yə qonaq olub.
Teleqraf.com xəbər verir ki, Doğuş Xoşqədəm Hidayətqızına olan sevgisindən danışıb:
"Bizim ailədə tarazılıq var, "mən Osmanlı kişisiyəm, mənim sözüm keçməlidir" - deyə bir fikir yoxdur. Ailə müqəddəsdir. Hər iki tərəfdə anlayış olarsa, evlilik əbədi olar. Ən pis hal sevginin olmamasıdır.
Xoşbəxtəm ki, sevdiyim xanımla ailə qurdum. Sevdiyim övladlarım var. Xoşuma gəlməyən insanla nə görüşərəm, nə də evimə gəlməsinə icazə verərəm! Mən sevdiyim insanlarla yola çıxmağı sevirəm. Onların düzgün insanlar olduğunu düşünürəm"
Qeyd edək ki, Doğuş və Xoşqədəm cütlüyünün əkiz oğlanları var.