8 Aprel 2021 14:25
93 619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Talıb Tale "Onun inboksu" layihəsində qonaq olub.

Layihənin formatına əsasən Talıb Tale sosial şəbəkə və maraq dairəsində olan suallarımızı cavablandırıb.

- İnstaqramı nə üçün istifadə edirsiniz?

- Özümü reklam etmək üçün... İnstaqram sənət baxımından çox lazım olur.

- İnstaqramda nə qədər izləyiciniz var?

- 550 mindən yuxarı sosial şəbəkə izləyicim var.

- Səhifənizi özünüz idarə edirsiniz?

- Özüm də idarə edirəm, köməkçim də baxır.

- Pul müqabilində izlənmə sayını çoxaltmısınız?

- Xeyr, düşünmüşəm, amma etməmişəm.

- İnstaqramda sizə ünvanlanan bütün mesajları oxuyursunuz?

- Xeyr, bütün mesajları oxuya bilmirəm. Mənə daha çox xoş sözlər yazırlar, "sizi dinləyirik" və s.

- Yəqin ki, sizə daha çox xanımlar yazırlar...

- Yəqin...

- Daha çox hansı suallarla müraciət edirlər?

- Konsertlər, yeni mahnılar nə zaman olacaq və sair suallar. Amma son vaxtlar maddi kömək istəyənlər də çoxalıb. "Səni görmək istəyirəm" tipli mesajlara da rast gəlirəm.

- Xanımlarda nəyi güzəştə getmirsiniz?

- Azərbaycan xanımından söhbət gedirsə, yaraşdırmadığım müəyyən kriteriyalar var. Özlərinə dəyər verməlidirlər. Xanım xanımlığını qoruyub saxlamalıdır, davranışında, ünsiyyətində...

- Bir il yarım nişanlı olmusunuz. Niyə nişanı qaytarmısınız?

- Elə həddə gəldi... Bildim ki, bu ailə gələcəkdə baş tutmayacaq. Biz birlikdə qərar verdik ki, gələcəkdə problemli ailə ola bilər.

- Necə xanımlar xoşunuza gəlir?

- Dedi-qodu, lazımsız kapriz etməyən, çox diqqət çəkməyə çalışmayan... Xanım diqqət çəkməyə çalışanda mənim diqqətimdən uzaqlaşır.

- Sevgiliniz varmı?

- Artıq xarakterim dəyişib. Sevgilim yoxdur.

- Hansısa zərərli vərdişləriniz varmı?

- Siqaret çəkmirəm, içkini isə zərərli vərdişə çevriləcək qədər çox qəbul etmirəm. Yəni içki vərdiş halında deyil.

- Tənqidlərə münasibətiniz necədir?

- Əgər xoşməramlı tənqiddirsə, çox gözəl, qərəzli tənqiddirsə, pis baxıram.

- Nə zaman evlənəcəksiniz?

- Bunun üçün gərək falçılıq qabilliyyəti, intuisiya olsun. Ancaq o zaman deyə bilərəm. İndi isə bilmirəm...

- "Maşın şou"da itirdiyiniz telefonunuzu tapdınız?

- Xeyr.

- Telefonunuzu kim oğurlamışdı?

- Bilmirəm.

- Hüquq-mühafizə orqanlarına müraciət etdiniz?

- Bəli, hüquq-mühafizə orqanlarına müraciət etdik, tapılmadı.

- İdarə etdiyiniz avtomobilinizin markası nədir?

- Avtomobilimin markası "Range Rover Sport"dur. İndi qiyməti dəyişib.

- İnsanların sizin haqqında yanlış təsəvvürü nədən ibarətdir?

- Bəzən deyirlər ki, efirdə böyük görünürsən. Bu sualdan bezmişəm. Hündüroy deyiləm, efirdə elə görsənirəm. Hərdən özümdən razı kimi qəbul edirlər, amma ünsiyyətdə olarkən xarakterimin əksini görürlər. Eləcə də məni çox varlı bilirlər. Həyat tərzim haqqında səhv düşüncələr var. Baxıram, elə evli insanlar var ki, məndən qat-qat avara həyat tərzi sürürlər (gülür).

Ayda bir dəfə harasa gedərəm, ya yox. Həftədə bir dəfə dostlarımla görüşürəm və daha çox studiyada oluram. Pandemiyadan öncə idman zalına gedirdim. Həyat tərzim başqadır.

- Özünüz haqqında xoşagəlməz şayiə nə olub?

- Elə bir şayiə yoxdur.

Daha ətraflı video-müsahibədə....

Video: Röyal Adıgözəlov

Montaj: Ramazan Vəlizadə



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər