Müğənni Sevil və Sevinc Səfərova bacıları Xəzər televiziyasında qonaq olublar.
Teleqraf.com xəbər verir ki, Sevinc Səfərova Rusiyaya toy mərasimlərinə gedən həmkarlarına söz atıb: "Mənə el arasında blogger Sevinc deyirlər. Gileylənməyəcəyik...Allaha çox şükür ki, sosial şəbəkələrdən, Yutubdan, reklamlardan gəlir əldə edirik.
Təbii ki, əvvəlki dönəmlərlə müqayisədə o qədər qazanmırıq. Yenə də Moskvaya göyərti qiymətinə getməyə dəyməz. Bu, atmaca deyil, düşünürəm ki, insan özünə, sənətinə qiymət verməlidir.
Ən azından düşünməlisiniz ki, orada çalışan müğənnilər də var. Buradan gedən sənət dostlarımız oradakılara da mane olurlar. Fikirləşirlər ki, bu qiymətə filan müğənnini çağırmaqdansa, Azərbaycandan on müğənni dəvət edərəm. Bu düşünürəm ki, həm bizə, həm də orada yaşayan müğənni dostlarımıza haqsızlıqdır.
Allah bu problemi bizə veribsə, bunun öhdəsindən necəsə gəlməliyik. Buradan köçməyə məcbur deyillər. Təbii ki, Allah ruzilərini versin. Bu gün pandemiya var, amma sabah toy qiymətini qaldıra bilməyəcəklər. Hər kəsin öz işidir, onlara qarışmaq istəmirəm".