15 Aprel 2021 12:46
4 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi ilk dəfə ailə üzvləri ilə İctimai televiziyada qonaq olub.

Teleqraf.com xəbər verir ki, ikinci dəfə evlənən Siyavuş Kərimi həyat yoldaşı Günay Kərimi ilə tanışlığından danışıb: "Günay xanım Milli Konservatoriyaya işə gəlmişdi. Hələ ki köhnə binada idik, pəncərə də açıq idi. Keçəndə salamlaşdım, yeni sima gördüm. Və sima məni rahat buraxmadı. Bir il yarım keçdi, heç nə deyə bilmədim. Mənimlə söhbət etmək belə istəmirdi, işçim idi.

Məcbur olub atasının nömrəsini tapıb, ona zəng vurdum. Günayla çox böyük yaş fərqimiz var. Əsas odur ki, yaxşı anadır, evin xanımıdır. Hər şeyə nəzarəti çox yaxşıdır. Son zamanlar ailə üzvlərim olmadan səfərlərə getmirəm. Çünki onlarsız darıxıram".

Rektorun xanımı da həyat yoldaşının xarakterindən danışıb: "Siyavuş evə bağlı insandır, fürsət tapdıqca evə qaçır. Yaş fərqi çətinliklər yaradır. O, daha ağıllı, dərin düşünür. Baxışlarımız fərqlidir. Mən də onun baxışlarından həyata baxmağı öyrənmişəm.

Mənə hislərini söyləmək üçün üç il vaxt lazım oldu. Münasibətdən, baxışlardan hiss edirdim, təklif gözləyirdim, amma dedim ki, naz edim. Ümumiyyətlə, Siyavuşu işlədikcə tanımışam.

Konservatoriyada üç il işləmək az müddət deyil. Onun tələbələrlə, işçilərlə səmimi münasibəti mənə çox xoş gəlib. Əslində Siyavuşu gözümdə o xarakteri yüksəldib".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər