Əməkdar artist Xumar Qədimova ARB televiziyasında qonaq olub.
Teleqraf.com xəbər verir ki, Xumar Qədimova fədakarlığından danışıb: "Çox fədakar olmağımı özümə bağışlaya bilmirəm. Doğmalarıma, dostlarıma olan fədakarlığımı özümə bağışlaya bilmirəm. Bu təbii ki, hamıya aid deyil. O illərə heyifim gəlir, kaş ki, elə olmazdım. Onu özümə bağışlaya bilmirəm... O ömrü hətta yaşanmamış hesab edirəm".
Əməkdar artist "Həyatınızda sildiyiniz insan olubmu?" sualına isə "Çox gec silirəm, amma silirəm. Mən sevəndə də çox güclü sevirəm. Fərqi yoxdur, doğma, dost, yar... Atanda da sanki elə bir şey olmayıb. Mən unutmasam, heç kim unuda bilməz".