Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni, blogger Aynişan Quliyeva sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.
Teleqraf.com Aynişan Quliyeva ilə kiçik müsahibəni təqdim edir.
- Gələcəkdə övladınıza məsləhətiniz nə olacaq?
- Ya üzməyi bacaraqsan, ya da batacaqsan.
- Həyatınızdan film çəkilsə adını nə qoyardınız?
- Həyatım hələ davam etdiyi üçün filmə ad seçməkdə çətinlik çəkirəm.
- İngilis dili dərslərinizə davam edirsiniz?
- Vaxtım olmadığı üçün ara vermişəm. Amma gün ərzində ingilis dilində kitablar oxuyub, filmlər izləyirəm.
- Müğənni kimi yenidən səhnəyə qayıtmağı düşünürsünüz?
- Sadəcə dəstək olun, qalanı mənlikdir.
- Bir insanın sevmədiyini necə anlaya bilərsiniz?
- Onu anlamaq çətin deyil. Gözlərinə baxanda hər şey bəlli olur. Sevən oğlanın yaşı nə qədər çox olsa da, təmiz duyğu bəsləyirsə, sizi görəndə utanmağa, həyəcanlamağa başlayacaq. Gözlərinizə çox baxa bilməyəcək.
- Avtomobil sürməkdən qorxursunuz?
- İlk zamanlar avtomobil sürərkən həyəcanlı idim. Amma qorxu hissindən məhrum olduğu üçün qorxmadım.