Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub.
Baloğlan Əşrəfov Teleqraf.com-a açıqlamasında virusa telekanalda yoluxduğunu açıqlayıb:
"Azərbaycan vətəndaşıyam, hamı kimi mən də virusa yoluxmuşam. Xəstəliyimi gizlədib, virusu ona-buna keçirən insanlardan deyiləm. Ancaq mənim narazılığım bizi qonaq dəvət edən telekanallardandır. Eyni mikrofonda dörd müğənni oxuyur. Bu kimi hallara diqqət edilməlidir. Mən hardan bilim ki, filan müğənni xəstədir, yoxsa sağlamdır?!
Verilişlərin birində müğənni dedi ki, koronavirusa yoluxmuşam. Gördü ki, üzüm döndü, sonra zarafat etdiyini bildirdi. Amma çöldə ağzı bağlı gəzirlər.Virusa Zaur Nəbioğlunun verilişində yoluxmuşam".
Əməkdar artist ev şəraitində müalicə aldığını bildirib: "Evdə müalicə alıram. Həkimim qohumdur. Özümü təcrid etmişəm. Ailə üzvlərimdən heç kim virusa yoluxmayıb. 14 gündür virusa yoluxmuşam. Əvvəl qızdırmam var idi, indi yoxdur".