Əməkdar artist Mətanət İsgəndərlininin gəlini Canana sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Canana həyat yoldaşı Kərimin sevgilisinin ona zəng edərək hədə-qorxu gəldiyini bildirib:
"Şərhləri oxuyub, insanları necə də qınayırsınız. Mən sadəcə dua edib, şəfa istədim. Demədim ki, bağışlayıram. Balalarıma əziyyət verən insanı heç vaxt bağışlamaram. Bəli, mənim balalarım bu gün evsizdir. Mətanət xanımın oğlunun artıq ailə quracağı namizədi mənə zəng edib, hədə-qorxu gəlir. O deyir ki, üç uşağını 500 manat aliment ilə dolandır. Onlara evlə bağlı müraciət edib, narahat etmə. Sizcə haqq-ədalət budurmu?! O ailədə 21 il gəlin olmuşam, 8 il nişanlı, 12 il gəlin. Bu uşaqlar sizin fikrinizcə evsiz qalmalıdılar?! Sualım o məni qınayanlaradır. Zaman hər bir şeyin dərmanıdır".