17 May 2021 10:57
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur amerikalı model Paris Hilton İsrailin Şərqi Qüdsdə və Qəzzada etdiyi hücumlara Tvitter hesabından reaksiya verib.

Teleqraf.com xəbər verir ki, məşhur model paylaşdığı tviti təqibçilərinin təzyiqlərindən sonra silmək məcburiyyətində qalıb.

Paris Hilton “Dözə bilmirəm, 10 yaşındayam" deyən Nadine Abdel-Taifinin videosunu paylaşaraq, "Bu mənim ürəyimi ağrıdır" deyə yazmışdı. O, tvitində belə qeyd etmişdi: “Heç kim qorxu ilə yaşamağa məcbur edilməməlidir. Ürəyim bu kiçik qız və onun kimi bütün uşaqların yanındadır”.

Paris Hilton daha sonra dünyanın daha yaxşı bir yer olması üçün sülh naminə duaları etdiyini də yazmışdı.

O, “İsrail region tamamilə səssiz olana qədər Qəzzaya hücumları dayandırmayacağına and içdi” başlıqlı xəbəri paylaşaraq bunun dayandırılmasının vacibliyin vurğulamışdı.

Hilton haştaq postunda "soyqırıma son ver" çağırışı etmişdi.


Müəllif: Yeganə Oqtayqızı