25 May 2021 16:13
2 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Pərvin Abıyeva qalmaqallarından danışıb.

Teleqraf.com xəbər verir ki, Pərvin Abıyeva bu haqda ATV-də bildirib:

"Mənimlə yaradılan qalmaqalların heç biri həmkarlarımla deyil. Hər dəfə özümə söz verirəm ki, fikir verməyəcəm, danışmayacam. O qədər həssas, emosianal insanam ki, düzgün olmayan, haqsız nəsə görəndə özümü saxlaya bilmirəm. Əgər bilirəmsə, bu, yalandır, susmağı bacarmıram. Yenə İnstaqramda canlı açıram, açıram ağzımı, yumuram gözümü...

Mənə elə gəlir, bu, mənim həssaslığımdan irəli gəlir. Amma bilirsiniz ki, kiməsə sataşım, söz atım, qalmaqal yaradım ki, mənə cavab versin, elə insan deyiləm. Hətta adamlar var, çıxır nəsə danışır, sonra deyir ki, görürsən nələr dedim. Elə edir ki, ona cavab versinlər.

Mən isə deyirəm ki, cavab verməyəcəm, artıq ağıllanmışam".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər