Türkiyəli müğənni Ebru Gündəş həyat yoldaşı, iş adamı Rza Zərrabdan rəsmi olaraq boşanıb.
Teleqraf.com xəbər verir ki, Ebru Gündəş mayın 2-də qızı Alara ilə birlikdə Amerikaya həyat yoldaşı Rza Zərrabla görüşməyə getmişdi. Boşanma qərarını rəsmiləşdirmək üçün edilmişdi bu səfər.
Türkiyəyə qayıdan ifaçının vəkili cütlüyün rəsmən ayrıldığını və evliliyin sona çatdığını açıqladı.
Qeyd edək ki, Ebru Gündəş xəyanət iddiası ilə 11 illik həyat yoldaşı Rza Zərrabdan ayrılmaq üçün məhkəməyə müraciət etmişdi.