2 Noyabr 2014 18:18
1 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polat Alemdar obrazı ilə fenomenə çevrilən aktyor Necati Şaşmaz Kurtlar Vadisi Pusu serialınınnövbəti bölümnün çəkilişi zamanıqəzaya düşüb.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, hadisə dünən gecə baş verib.

Pana Film səlahiyyətliləri hadisə ilə əlaqədar bunları bildirib:

"Dünən gecə saat 02:00 də Kurtlar Vadisi Pusu serialının 236.bölümünün çəkilişi zamanı Necati Şaşmaz istifadə etdiyi avtomobilin idarəetməsini itirib və yol istinad divarına çarpıb. Qəza zamanı hava yastığı açılaraq Necati Şaşmazın alt çənə sümüyündə qırıq meydana gəlməsinə səbəb olub.

Xəstəxanaya qaldırılan Necati Şaşmaza həkimlər tərəfindən lazımi tibbi yardım göstərilib. Onun durumu qənaətbəxşdır. Həyatına təhlükəsi yoxdur".

Nihad


Müəllif: