1 İyun 2021 13:59
7 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə sevgili olması haqqında yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə MTV Azərbaycan kanalında bu xəbərləri yalanlayıb.

"Ayan xanımla duet oxumuşuq. Xatirə İslam və Sevda Yahyayeva ilə də duetimiz olub. Həmçinin korifeylərlə də... Biz duetə iş kimi yanaşmışıq.

Ayan Babakişiyeva ilə dostuq, onun anasını, qardaşını tanıyıram. Onun qızına balam deyirəm. Ola bilər ki, bizim münasibətlərimiz istidir, onu bağrıma da basa bilərəm. Bu demək deyil ki, mənim sevgilimdir... Əsla! Mənə yaraşmaz, Ayan Babakişiyeva yaşında oğlum var. Mənə yaraşmaz... Hətta yaraşsa belə xalqın qızına pis gözlə baxa bilmərəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər