Türkiyədə fəaliyyət göstərən Günel Zeynalovanın "Dəyişən cavab" verilişində iş adamı Rza Zərrabla bağlı etirafı Türkiyə mediasında geniş müzakirə edilir.
Teleqraf.com xəbər verir ki, "Söyləməsəm olmaz" verilişinin aparıcısı Seren Serengil Günel Zeynalovanın Rza Zərrabı hələ də sevdiyini açıqlayıb: "Günel Zeynalova həyatında ilk dəfə Rza Zərrabla münasibət yaşadı. Onunla nişanlı idi. Rza Zərrabla Ebru Gündəşin bir gecə keçirməsini qəbul etmədi. Çox qürurlu qızdır, çox mühafizəkar ailəsi var. Ona görə hələ də Rza Zərdabı sevir.
Rza Zərrab ilk gündən peşman idi, ona zəng edirdi. Hələ də zəng edir... Günel çox maraqlı qızdır. Başqası olsaydı düşənərdi ki, bu insanın pulu var, bağışlayardı".
Qeyd edək ki, Günel Zeynalovanın Xəzər TV-də yayımlanan "Dəyişən cavab" verilişində Rza Zərrabla bağlı açıqlaması diqqət çəkmişdi.
O, aparıcınım "Rza Zərrabı bağışlaya bilərsinizmi?" sualına cavabda demişdi: "Nə qədər insan desə ki, bağışlamıram və qəbul etmirəm, amma həyat səni elə bir vəziyyətə gətirər ki... Mən böyük danışmağı sevmirəm. Böyük danışıb onu yaşamaq istəmirəm".