Müğənni Zamiq Hüseynovun aparıcı Leyla Quliyeva ilə "Darıxdım" dueti sosial şəbəkələrdə ajiotajla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, Zamiq Hüseynov "Söhbət musiqidən gedir" proqramında qonaq olarkən Leyla Quliyeva ilə bu mahnını birgə ifa ediblər. Sirr deyil ki, tamaşaçılar aparıcının gözəl səsinin olmasından dəfələrlə xəbərdar olublar.
Qeyd edək ki, bəstənin sözləri Xanım İsmayılqızı, musiqisi isə Nadir Əzimova məxsusdur.