10 İyun 2021 18:00
2 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Afaq Bəşirqızı "Elgizlə izlə" verilişinə telefon vasitəsi ilə qoşularaq küsülü həmkarı Ramiz Əzizbəyli haqqında danışıb.

Teleqraf.com xəbər ki, Afaq Bəşirqızı Ramiz Əzizbəyli haqqında bu sözləri deyib:

"Biz bir yerdə işlədik, tarixi bir film yaratdıq. Ramiz Əzizbəyliyə təşəkkür etdim ki, "Bəxt üzüyü" filmini çəkdi. Bu filmi xalq üçün çəkdi və qısa müddətdə Ramiz Əzizbəyli məşhurlaşdı. Xalqın sevimlisinə çevrildi. Şöhrəti çox sevirdi, onu yadda saxlasınlar, tanısınlar və sair. Çünki Ramiz Əzizbəyli kinostudiyada can qoymuşdu.

"Bəxt üzüyü" filmi Allah tərəfindən ona verilən vergi oldu. Zəhmətlə yaranan bir film idi. Mən ona qarşı heç vaxt hörmətsizlik etməmişəm. O, məndən barışıq üçün addım gözləyirdi. Kin saxlayacaq adam deyildi. Qoy ona yalan sual verənlər utansın. Bəlkə də haqqımda danışarkən əsəbi vaxtına düşdü. Mən onun yanında olsaydım, "Varlı qadın" adlı filmi çəkəcəkdi. Bu haqda mənə demişdi. Kəsdiyimiz çörək naminə heç vaxt ona pis baxmamışam".

Qeyd edək ki, hər iki sənətkarın bir-birinə düşmən kəsilməsinin səbəbi 1991-ci ildə Ramiz Əzizbəylinin rejissorluğu ilə çəkilən “Bəxt üzüyü” filmidir. Filmdə baş rolu oynayan Afaq Bəşirqızının “Bəxt üzüyü”nə mənə görə baxılır” söyləməsi onların arasında qalmaqal yaradıb. Qəzəblənən Əzizbəyli cavab olaraq, aktrisanı nankorluqda ittiham edib.


Müəllif: Rəqsanə Həsənova