TV 8 kanalının rəhbəri Acun Ilıcanın keçmiş həyat yoldaşı Şeyma Subaşı hamilə olduğunu etiraf edib.
Teleqraf.com xəbər verir ki, misirli milyarder Muhammed Alsaloussin ilə sevgili olan Şeyma Subaşı hamilə olduğunu təsdiqləyib: "Son günlər hamilə olmağım haqqında yayılan xəbərləri təsdiqləyirəm və hamilə olduğumu bilməyinizi istəyirəm. Düzü, ailə qurmaq üçün tələsməyimizin səbəbi budur. Bir-birimizi sevirik və hörmət edirik. Xoş sözləriniz üçün təşəkkür edirəm. Gələcək üçün həyəcanlıyam".
Qeyd edək ki, Şeyma Subaşının Acun Ilıcalı ilə nikahından bir qızı var.