Müğənni Rəqsanə İsmayılova aparıcı Lalə Azərtaşı dəstəkləyib.
Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova İnstaqramda canlı yayım açaraq aparıcının ünvanına bu sözləri deyib: "Lalə xanımı hamı çox istəyir, onu sevir, hörmət edir. O, həqiqətən də dəyər veriləsi bir xanımdır. Çox sağ olsun ki, 44 gün ərzində bizim millətimizin yanında oldu. O, bizim millətin, xalqımızın nümayəndəsidir. İki qız anasıdır. Bu nə biabırçılıqdır?! Mən sizin yerinizə utanıram, gəlin belə hərəkət etməyək. Lalə xanım çox yaxşı xanımdır. Ona lazım olan məlumatlar verilib, o da təqdim edib".
Türkiyədə fəaliyyət göstərən Azərin də Lalə Azərtaşa dəstək verən məşhurlar sırasındadır. O, İnstaqramda hekayə bölümündə bu sözləri qeyd edib: "Düşünürəm ki, insanlar sənin simanda, bol-bol qul haqqına girdilər. Allah onları bağışlasın. Arif olan hər kəs səni anladı!".
Qeyd edək ki, bir neçə gün öncə “Xəzər” TV-nin aparıcısı Lalə Azərtaşın Azərbaycanda təbii qazın qiymətlərinin qalxması ilə bağlı şərhi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun "Son bir ildə bütün dünya bazarlarında ərzaq məhsulları davamlı şəkildə artdı. İndi soruşuram: qazın qiyməti niyə artmasın? Qoyun, artsın. Hələ qazın gecə və gündüz tarifi də müəyyən edilsin. Yaydır, qaz ən çox mürəbbə bişirməyə gedir. Bunları gecə edərsiniz ki, ağzınız kimi, cibiniz də dada gəlsin”, - fikri tənqidlərlə qarşılanıb.
Aparıcı daha sonra İnstaqramda canlı yayım açaraq fikirlərini sarkazm adlandırıb.