Türkiyədə xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Babayevin oğlu atasının səhhətindəki son vəziyyətdən danışıb.
Xalq artistinin oğlu Teleqraf.com-a açıqlamasında Arif Babayevin müalicəsinin davam etdiyini açıqlayıb:
"Atam xəstəxanadadır, müalicəsi davam edir. İnşallah səhhəti yaxşı olar. Nə zaman Bakıya dönəcəyini bilmirik. Ürək damarı yaxşıdır, insultdan sonra bir az çətinliklər var".
Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib və Türkiyədə əməliyyat olub. Onun 83 yaşı var.