Müğənni Səmra Rəhimli “AZN” adlı yeni klipini təqdim edib.
Teleqraf.com xəbər verir ki, sənətçi bu dəfə də ənənəsinə sadiq qalaraq fərqli klip təqdim edib.
Müğənni altı obrazda kamera qarşısına keçib. Səmranın klipdə müxtəlif əskinaslarla olan səhnələri və Mirzə Ələkbər Sabirin portreti ilə olan kadrları diqqət çəkib.
Qeyd edək ki, klipin layihə rəhbəri, rejissoru İlahə Baxşıyevadır. İfaçının tərzi üzərində də anası işləyib.
Mahnının beati Clavisə, soundu isə OD-a məxsusdur.