Türkiyəli rejissor, ssenarist İbrahim Bülbül Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.
Azərbaycada çəkilən "Nisan" filminin rejissoru İbrahim Bülbül Qarabağ zəfərimizlə bağlı ssenari yazacağını və serial çəkəcəyini bildirib.
O, ekran həyatı verəcəyi əsərin Türkiyənin ən reytinqli serialı olan "Kuruluş Osman" formatında olacağını da vurğulayıb.
İbrahim Bülbül onu da əlavə edib ki, "Kuruluş Osman" serialında Gəncəbəy obrazını canlandıran kikboksçu, "Mauqli" ləqəbli Zabit Səmədovu da reallaşdıracağı layihəsinə dəvət etmək niyyətindədir.
İbrahim Bülbül ilə video-müsahibəni təqdim edirik:
Video: Röyal Adıgözəlov
Montaj: Ramazan Vəliyev