12 İyul 2021 15:50
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Afaq Gəncəli MTV Azərbaycan kanalında yayımlanan "Ziq-Zaq" verilişində müğənni Xatirə İslamla qalmaqalından danışıb.

Teleqraf.com xəbər verir ki, Afaq Gəncəli müğənni ilə görüşmədiyini deyib.

"Xatirə İslam ilə telefonda danışdım, ona dedim ki, sənin şəxsiyyətini təhqir edən fikir səsləndirməmişəm. Sadəcə olaraq efirlərdən pulu nəyə görə istəyirsən deyə açıqlama verdim. Çox gözəl səsi var, ona sənətkar deyirəm. Çünki sənətkarın tələbəsidir. Onun bir çox mahnılarını sevirəm. Sevə-sevə də dinləyirəm və təqdim edirəm. Hətta efirlərə çıxmırdı, vətənpərvər mahnısı çıxmışdı, ondan xahiş etdim ki, bizim verilişimizə çəkilsin, bu mahnını insanlar eşitməlidir. Bu yanaşmadan sonra mən səni pisləyə bilərəm?! Daxilimdə bu qədər ikili bir insan yatır? Aqressiv şəkildə "Afaq Gəncəli aparıcı Leyla Quliyeva ola bilməz" fikrini bildirmişdi. Elə bir insanların adını çəkir ki, onlarla mənim çox gözəl münasibətim var, hörmət etdiyim insanlardır. Xatirənin gözəl ifası var, kaş ki gözəl ifası qədər gözəl də danışığı olardı", - aparıcı söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl Xatirə İslamın efirə çıxmaq üçün qonorar istəməsi müzakirələrə səbəb olmuşdu. Afaq Gəncəli isə Xatirə İslamın ünvanına “Xatirə toylardan qazanır, efirə çıxmağa görə pul istəməsi yersizdir” demişdi.




Müəllif: Rəqsanə Həsənova