5 Noyabr 2014 19:55
3 874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınlar xarici görkəmlərinə çox fikir verirlər. 3-5 kilo kökələndə, qarnımız çıxanda, saçımızda 3-5 ağ tük olanda bunu özümüzə dərd edir, gözəl görünmədiyimizi düşünürük.

Bəs görəsən kişilər bu haqda nə fikirləşirlər? Belə kiçik detallar doğurdan qadınları çirkin göstərir?

Sən demə, bəzi qüsurlar kişilərin xoşuna gəlirmiş. Hətta bu qüsurlarla kişiləri yoldan çıxarmaq da mümkündür.

Qadınlar düzdüz qarın istəyir və çox vaxt bunun üçün dəridən-qabıqdan çıxırlar. Ancaq unutmayın ki, bəzi kişilər qadının bir az göbəkli olanını sevirlər. Kişilər kiçik qarını çox seksual hesab edirlər.

İri burun

Burun insan üzünü gözəl də göstərə bilər, çirkin də. Yəni gözəlliyinizi həm də bu orqana borclusunuz. Hər insana yaraşan burun forması fərqlidir. Sizin burnunuz bira z böyük və ya enli ola bilər. Ancaq estetik əməliyyat etmədən öncə burnun sizə yaraşıb yaraşmadığından əmin olun. Çünki kişilərin çoxu iri burunlu qadını əməliyyatla gözəl buruna sahib olan qadınlardan daha cazibədar hesab edirlər.

Qısa boy

Uzun ayaq bir çox kişinin bəyəndiyi xüsusiyyətdir. Ancaq qısa boylu qızlar kişilərin gözünə daha şirin görünürlər. Hətta kişilərin çoxu qısa boylu qadınlarla daha ciddi münasibətlər qurmağa meyillidirlər.

Çillər

Çillərinizdən qurtulmağa çalışmayın və onları tonal kremlərlə gizlətməyin. Kişilərin çilli qadınlar üçün ürəkləri gedir.

Köklük

Kişilərin 90 faizi balıq ətli qadınları seksual hesab edirlər. Könül əyləndirmək üçün arıq qadınlardan xoşları gəlsə də, ciddi münasibətlər üçün balıq ətli xanımları uyğun hesab edirlər. Axı kişilər həmişə analarına oxşayan qadın axtarışında olurlar. Onlar qucaqlayanda sevdikləri qadını hiss etmək istəyirlər, bədənlərinə sümük batmasını isə xoşlamırlar.

Kiçik sinə

Sizi həqiqətən sevən kişi döşlərinizin böyük və ya kiçik olması ilə maraqlanmayacaq. Hətta 2005-ci ildə keçirilən sorğu zamanı kişilərin 70 faizi döşləri kiçik olan xanımları bəyəndiklərini bildiriblər.


Müəllif:

Oxşar xəbərlər