Məşhur stilist Anar Ağakişiyev MTV Azərbaycan kanalında yayımlanan "Ziq-Zaq" verilişində müğənni Nigar Camal ilə küsülülüyə davam etdiyini etiraf edib.
Teleqraf.com xəbər verir ki, Anar Ağakişiyev aparıcının "Demişdiniz ki, Nigar Camal məndən üzr istəsə barışaram. O, hələ də sizdən üzr istəməyib?" sualına belə cavab verib:
"Məndən üzr istəməyib, ehtiyac da duymuram. Ümumiyyətlə, Nigar Camal varmı?! O, tarixdə qaldı. Həyatım Nigar Camalsız da gözəl və möhtəşəmdir. Əlifbada "N" hərfi arxada qalır. İtirən mən yox, odur".
Qeyd edək ki, Anar Ağakişiyev ilə müğənni Nigar Camal arasında "Altın kelebek" mükafatlandırma mərasimində qalmaqal yaşanmışdı.