22 İyul 2021 16:35
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Mətbuat Günü münasibəti ilə mükafatlandırma mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasimdə İttifaqın sədri Azərpaşa Nemətov, sədr müavini Hacı İsmayılov, media nümayəndələri və İttifaqın əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərpaşa Nemətov Milli Mətbuat Günü münasibəti ilə media nümayəndələri təbrik edib, mətbuatımızın tarixindən, bu günündən söhbət açıb.

Mərasimdə təltif olunanlar arasında Teleqraf.com-un əməkdaşı Rəqsanə Həsənova da var.

Əməkdar artist Nahidə Orucovaya tədbirin sonunda 60 illik yubileyi münasibəti ilə "Sənətkar" medalı təqdim edilib.


Müəllif: Rəqsanə Həsənova