Məşhur aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə şərhi ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı İnstaqramda Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin yeni mövsümdə yayımlanacağını bildirərək insanları müraciət etməyə səsləyib.
Şəbəkə izləyicilərindən biri aparıcını ünvanına "Bütün gün bu verilişə baxıb, ağlayırdım. O videonu izlədikdən sonra bir təhər oldum. Qəribə bir zamana gəldik, kimə inanacağımıza təəccübləndik",-deyə şərh yazıb.
Aparıcının şəbəkə izləyicisinə cavabı gecikməyib. O, illər əvvəl böhtana məruz qaldığını açıqlayıb:
"Siz bizə inanın! İllər öncə bu verilişə qarayaxma etməyə çalışan bir "kişiciyin" quramasına yox. Hər zaman nəticəyə baxın, əgər izləmisinizsə, burada sevinən minlərlə insanın düşünün və vicdanını itirmiş "kişiciyə" lənət oxuyun".