Xalq artisti Aygün Kazımova “Dənizin ortasında” adlı yeni mahnısını sevənlərinə təqdim edib.
Teleqraf.com xəbər verir ki, mahnının musiqisi Pərviz Mahmudov, sözləri Nadoya, aranjimanı isə Rəşad Bağırova məxsusdur. Pop divanın yay ab-havalı ifası sosial şəbəkələrdə böyük maraqla qarşılanıb, izləyicilər mahnıya çox saylı videolar çəkərək paylaşıblar.
Aygün Kazımova bildirib ki, yay olsa da yeni mahnılar üzərində çalışmağa davam edir.