Məşhur dünya ulduzu Ancelina Coli Əfqanıstandakı vəziyyətə diqqət çəkmək üçün İnstaqram hesabı açıb.
Teleqraf.com xəbər verir ki, Ancelina Coli İnstaqram hesabında bir əfqan qızının ona yazdığı məktubu paylaşıb.
Aktrisa sosial media hesabından insan hüquqları uğrunda mübarizə aparan insanların hekayələrini paylaşacağını bildirib.
Ancelina Coli əfqanların ölkələrindən didərgin düşdüklərinə görə, üzüldüyünü dilə gətirib. Aktrisa Əfqanıstan qaçqınlarının bir yük olaraq görülməsini də pisləyib.