Məşhur aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı Doğuş ölümdən dönüb.
Teleqraf.com xəbər verir ki, Antalyada istirahət edən Doğuş ailəsi ilə gəmi turuna çıxarkən suyun altında oksigensiz qalıb.
Kapitanın erkən müdaxiləsi nəticəsində müğənninin sağlamlığında ciddi problem yaşanmayıb.
Müğənni dərhal xəstəxanaya yerləşdirilib. Sənətçinin həkimi "Bir dəqiqə geciksəydi, hadisə fiziki zədələnmə və ya hətta ölümlə nəticələnə bilərdi", - deyib.