Türkiyədə fəaliyyət göstərən İradə İbrahimova sosial şəbəkədə tənqidi paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, İradə İbrahimova İnstaqramda bu sözləri yazıb:
"Heç bir zaman xor görmədim, gülmədim, fikrimdə belə əzmədim. Bir çoxlarını izləyib, "fenomen" edənləri belə tənqid etmədim. Bu həyat seçimlərdən ibarətdir. Və hər kəsin seçimi özəl, özünə xasdır. İki övladım var və həyatda nəyi nə vaxt, necə seçim edəcəklərini bilmirəm. Sadəcə bildiyim bir şey var, nə seçirlərsə seçsinlər, ədəbləri ilə yaşasınlar. Əxlaq qaydalarına riayət, hədd, sərhəd bu dünyadakı hər kəsə məxsusdur. Bir az ədəb, tərbiyə! Həddini aşan-aşanadır. Hər kəs özünə cavabdehdir, amma ədəbi ilə...İzləməməklə olmur, bəzən gəlib beləcə gündəmdə otururlar. Necə yaşayırsan yaşa, amma ədəbinlə yaşa! Bəzən gördüklərimə də çox üzülürəm və ürəyim bulanır. Ədəbsizlərin mükafatlandırdığı etibarsız həyata üzülürəm. Hamı məşhurdur, amma etibarlı olanı neçə nəfərdir?! Əxlaqsızlıq, ədəbsizlik, cahillik dəb olarmı?".